İlham Əliyev qadınlarla bağlı qanunu İMZALADI

 17:36 30.11.2022     349

Prezident İlham Əliyev qadın əməyinin qadağan olunduğu peşələrin sayının azaldılmasına dair Əmək Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.

Redaktor.az xəbər verir ki, dəyişikliklə qadağan edilən peşə (vəzifə) və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara tətbiq ediləcək.

Nəticədə, respublikada əmək münasibətlərinin və məşğulluq imkanlarının gender bərabərliyi prinsipləri əsasında qurulmasında, kişi və qadınlara bərabər rəftar və bərabər məşğulluq imkanlarının yaradılmasında əsaslı dönüş yaranacaq, ölkə üzrə qadınların orta əmək haqlarının kişilərin orta əmək haqqına yaxınlaşması təmin ediləcək.

Bununla da əməyi qadağan olunan 674 peşə (vəzifə) və iş yeri azaldılaraq 204 müəyyən olunacaq.