“Narkotik istifadəçilərinin sayı artır" - Ombudsmandan həyacan təbili

 11:52 01.12.2022     392

“Təəssüflər olsun ki, Azərbaycanda dövlət səviyyəsində narkomaniya ilə mübarizə aparılsa da, istifadəçilərin sayı artır".

Redaktor.az xəbər verir ki, bunu "Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti" adlı tədbirdə İnsan Hüquqları üzrə Müvəkkil - Ombudsman Səbinə Əliyeva deyib.

O qeyd edib ki, qadınların arasında bu say olduqca çoxalıb.

"Cəzaçəkmə müəssisələrinə baş çəkən zaman narkotiklə bağlı cinayətlərə görə saxlanılan qadın məhkumları görmək mənə çox pis təsir edir. Statistikaya görə, 2020-ci ildə ümumi 33788 nəfər narkotik istifadəsi kimi rəsmi qeydiyyatda olubsa, 2022-ci ildə bu rəqəm 34602 nəfərdir", - deyə S.Əliyeva bildirib.