"Mentaliteti bilən adam elə iş görməz" - Deputatdan "TikTok"dakı biabırçılıqlara REAKSİYA

 16:46 02.12.2022     828

Zaman keçdikcə sosial şəbəkələrdə əxlaqsızlığa çağırış edən profillərin sayı artır. Bəzi profillər masaj xidməti təklif edir, bəziləri görüş, bəziləri isə +18 söhbətlər. Bütün bu profilləri ümumiləşdirən cəhət isə pul qarşılığında xidmət göstərmələridir. Bəzi qadınlar isə "TikTok"da açıq şəkildə video və şəkillər paylaşaraq özlərinə müştəri axtarırlar.

Bu məsələdə 18 yaşından böyük şəxslərin necə davranacağı öz qərarlarıdır, amma unutmaq olmaz ki, sosial şəbəkəyə həm də 12-17 yaş aralığındakı yeniyetmələr də daxil olur. Beləcə, azyaşlıların yoldan çıxarılması üçün əla “fürsət” yaranır.

Bəs, bu cür halların aradan qaldırılması üçün nə etmək lazımdır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən millət vəkili Aqil Abbas dedi ki, o sosial şəbəkələrdə bu cür videolar ilə qarşılaşmayıb.

“Mən baxmamışam. “TikTok”u izləmirəm və görmədiyim şey haqqında da danışa bilmərəm. Mentaliteti bilən adam elə iş görməz. Nə deyə bilərəm ki? Paylaşıb edirlər, amma istəmərəm olsun. Kiməsə də əxlaq dərsi verə bilmərəm, hər kəsin öz əxlaqı var. Azərbaycanın öz əxlaqı var və buna uyğun yaşayırıq. Tək Azərbaycanın yox, bütün millətlərin özlərinə məxsus əxlaqı mövcuddur”, - deyə deputat əlavə edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə sorğumuza cavab olaraq bildirildi ki, bu istiqamətdə müvafiq araşdırmalar aparılır:

“Cinayət tərkibi olan, inzibati xəta tərkibi yaradan hallarla bağlı sosial şəbəkələrdə yayılan paylaşımlarla bağlı müvafiq araşdırmalar aparılır”, - deyə nazirliyin açıqlamasında deyilir.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən