Siyavuş Novruzovdan Naxçıvanla bağlı açıqlama: “Ermənilərin öyrətdiyi adamlar danışır”

 13:12 02.12.2022     703

“Naxçıvan həssas bölgədir. Həssas bölgə ilə bağlı erməninin öyrətdiyi adamlar fikir söyləyirlər”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Prezidentin, dövlətin, dövlətçiliyin arxasındadır, ona sədaqətlidir:

“Ona görə də burada hər hansı siyasi oyunbazlığın qurulmasına ehtiyac yoxdur. Hüquq-mühafizə orqanları başqa rayonlarda, yerlərdə apardığı islahatları orda da aparır. Korrupsiya harada var, ora yoxlanılır. Azərbaycanda neçə nazirlik, neçə komitə yoxlanıldı, yeddi icra başçısı tutuldu. Bunlar da Azərbaycan vətəndaşlarıdır. Xahiş edirəm ki, bu məsələyə diqqətlə yanaşılsın” (apa).

Vumart və Güvən reklamı Vumart Güvən