Natavan Bayramova işdən çıxarıldı
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) mətbuat katibi Natavan Bayramova işdən ayrılıb.
Redaktor.az xəbər verir ki, ADY-nin sədri bu barədə əmr imzalayıb.
N.Bayramova özü də sosial şəbəkə hesabında məlumat paylaşıb.
Jurnalist işdən çıxmasının səbəbini açıqlamayıb. Qurumun mətbuat katibi postuna hələlik təyinat yoxdur.
Qeyd edək ki, N.Bayramova 2019-cu ildən “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi vəzifəsində çalışırdı.












