Avtobuslarda görmə məhdudiyyətli insanlar üçün dayanacaq adları səsləndiriləcək

 16:17 03.12.2022     868

Görmə imkanları məhdud vətəndaşların rahatlığı üçün avtobuslarda dayanacaq adlarının səsləndirilməsinə başlanılıb.

Bu barədə Redaktor.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Qurumun açıqlamasında deyilir ki, səsləndirmə nağdsız ödəniş sisteminə inteqrasiya olunan, həmçinin müvafiq texniki imkanları olan avtobuslarda mərhələylə mümkün olacaq.

Qeyd edək ki, indiyə qədər yalnız "Bakubus"un avtobuslarında dayanacaq adları səsləndirilirdi.