Ruslar Ukraynada əsir düşən gürcüləri öldürdülər

 09:39 04.12.2022     340

Ukraynada 5 gürcü döyüşçüsü həlak olub.

Redaktor.az xəbər verir ki, onlar Rusiya tərəfinin Baxmut yaxınlığındakı artilleriya hücumundan sonra əsir götürülüb.

Məlumata görə, əsir götürülmüş döyüşçülər qısa müddət sonra öldürülüb.

Bildirilir ki, əsir götürüldükdən sonra öldürülənlər arasında Ukrayna əsgərləri də var. 

Gürcü döyüşçülərin həlak olması ilə əlaqədar Gürcüstan Prezidenti Salome Zurabişvili başsağlığı verib.