Bu rayonlara qar yağdı - FOTO

 11:55 04.12.2022     403

Dekabrın 3-də axşam saatlarından başlayaraq Daşkəsən, Göygöl və Gədəbəy rayonlarına qar yağıb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, Daşkəsən rayonunun Xoşbulaq, Qaraqullar, Təzəkənd, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Astaf, Alaxançallı kimi ucqar dağ kəndlərində qarın hündürlüyü 15-25 santimetrə çatıb.

Daşkəsəndə yağan qarın yollarda nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün “31 saylı Yol İstismarı” MMC tərəfindən mütəmadi təmizləmə işləri aparılır, qum-duz qarışığı səpilir.

Hazırda qərb bölgəsində qeyri sabit hava şəraiti davam edir.