Bayıl-Azneft istiqamətində hərəkət yenə dayanıb

 08:34 05.12.2022     419

Bakının Səbail rayonu Bayıl qəsəbəsindən Azneft dairəsi istiqamətində tıxac yaranıb. 

Redaktor.az-ın məlumatına görə, 30 dəqiqədir ki, avtomobillərin hərəkəti mümkün deyil. 

Qeyd edək ki, qeyd olunan yolda tez-tez belə hallar müşahidə olunur. Bu da hərəkət iştirakçılarının haqlı narazılığına səbəb olur. 

T. İSMAYIL