İranın Qarabağdakı talançılıq faktlarının ifşası - Suriyaya qədər uzanan pul trafiki

 12:53 05.12.2022     472

“Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AzTV) "Həftə" proqramının müəllifi və aparıcısı Rövşən Məmmədov verilişin son buraxılışında İranın Qarabağda həyata keçirdiyi talançılıqla bağlı faktları açıqlayıb.

Rövşən Məmmədov İranın Azərbaycanla bağlı qərəzli siyasətini tənqid etməklə yanaşı, qonşu ölkənin sərvətlərimizi necə, hansı şirkətlər vasitəsilə talaması barədə məlumatları da təqdim edib.