Bu rayonda "Şəhidlər" abidəsi dağıldı - VİDEO

 17:05 05.12.2022     249

Zaqalatanın Qandax kəndində şəhidlər üçün ucaldılmış abidə dağıdılıb. 

Redaktor.az xəbər verir ki, bu barədə lent.az-a kənd sakinləribildirib. 

Belə ki, bir müddət əvvəl çörək daşıyan avtomobil yerli sakinlər tərəfindən salınmış abidəyə çırpılıb. Nətidəcə abidə dağılıb. Hadisədəın uzun müddət keçəsinə baxmayaraq abidə hələ də təmir olunmayıb. 

Məsələ ilə bağlı lent.az-a açıqlama verən,Qandax kənd bələdiyyəsinin sədri Rəvalə Bayramova bildirib ki, hazırda abidənin yenidən qurulması istiqamətində işlər gedir:

"Təxminən iki ay öncə çörək daşıyan maşının sürücüsü idarə etməni itirdiyi üçün həmin şəhidlər abidəsinə çırpılmışdı. Hadisə nəticəsində abidə yarasız hala düşdü. Hazırda abidə qəza törətmiş şəxs tərəfindən təmir olunur. Sürücü artıq şəhidlərin şəkillərini hazırlanması üçün sifariş edib".