Elmar Məmmədyarov yazıçılığa başladı: "Vaxt gələcək, əsərlərimi oxuyacaqsınız”

 10:24 06.12.2022     229

Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov yazıçılığa başlayıb. 

Redaktor.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya E.Məmmədyarov özü məlumat verib. 

Sabiq nazir bildirib ki, hazırda əsər yazır və yazılarının siyasətlə bağlılığı yoxdur:

“Hazırda əsər yazıram. Siyasətlə heç bir bağlılığı yoxdur. Vaxt gələcək, əsərlərimi oxuyacaqsınız”.