Deputat supermarketdə köhnə tarixi silinib, yeni tarix yazılan məhsulların adını AÇIQLADI

 12:39 06.12.2022     426

Xəbər verdiyimiz kimi, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev bildirib ki, marketlərdə məhsulun üstündəki köhnə tarixi silib, yenisini yazırlar.

“Supermarketlərdə vaxtı keçmiş məhsullar var. Gözümlə görmüşəm ki, məhsulun üstündəki köhnə tarixi silir, yenisini yazıb “peçat” vururlar”, - deyə deputat belə bir açıqlama ilə çıxış edib.

Redaktor.az mövzu ilə bağlı Milli Məclisin deputatı Rüfət Quliyevlə əlaqə saxladı.

Deputat hansı marketlərdə bu cür hallara rast gəlindiyini deməsə də, həmin məhsulların adlarını qeyd etdi:

“Mənə də insanlar şikayət edir, mən özüm də gözümlə görmüşəm. Bu, adətən süd məhsulları, pendir, yağ, kolbasa kimi vaxtı qısa olan məhsullarda rast gəlinir. Arabir ola bilər peçenye kimi un məhsullarında da rast gəlinsin”.

Həmidə İbrahimova