Bu qəsəbəyə suyun verilişi niyə dayandırılıb? - AÇIQLAMA

 16:07 06.12.2022     618

Abşeron rayon, Masazır qəsəbəsinin sakinləri bir sutkadır suyun kəsilməsindən şikayət edirlər.

Problem ilə bağlı Redaktor.az-a qəsəbə sakinləri müraciət ediblər.

Sakinlərin sözlərinə görə, qəsəbənin Osman Sarıvəlli küçəsində artıq bir sutkadır ki, suyun verilişi dayandırılıb.

Şikayətlə bağlı “Azərsu” ASC-yə müraciət etdik. Qurumdan verilən məlumata görə, sözügedən ərazidə qəza baş verib.

“Bu ünvana təsir edən qəza başa verib. Bununla bağlı Masazır qəsəbəsində suyun verilişi ümumi olaraq dayandırılıb. Hazırda təmir işləri gedir. Axşam saatlarında suyun verilməsi tam təmin olunacaq”, - məlumatda qeyd edilib.

Nərmin VÜQARQIZI