DİQQƏT: SOCAR adından internetdə dələduzluq edilir - VİDEO

 13:44 07.12.2022     747

Son zamanlar internetdə tez-tez Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) adından reklamlara rast gəlirik. Hətta SOCAR adından həyata keçirilən saxta investisiya kampaniyaları ilə bağlı “Play Store”da mobil tətbiqlərə rast gəlinir. "Socar-Polymer" adlı saxta mobil tətbiq bir müddət öncə silindiyi deyilsə də, hələ də fəaliyyət göstərir.

Məsələ ilə bağlı Dövlət Neft Şirkəti ilə əlaqə saxladıq. Qurumdan Redaktor.az-ın sorğusuna cavab olaraq bildirildi ki, dələduzluq halları ilə mübarizə məqsədilə artıq uzun müddətdir SOCAR davamlı iş aparır.

“Vətəndaşlarımızın bu cür dələduzların qurbanına çevrilməməsi üçün SOCAR tərəfindən mütəmadi olaraq müxtəlif media platformaları və sosial şəbəkələr vasitəsilə xəbərdarlıqlar edilir. Həmçinin SOCAR bu cür halların qarşısının alınması məqsədilə hüquq mühafizə orqanları ilə də əməkdaşlıq edir. Vətəndaşlardan yalnız SOCAR-ın rəsmi saytına və sosial-media hesablarına etibar etmələri xahiş olunur”,- deyə qeyd olunub.

Həmidə İbrahimova

2222