Azərbaycanlı həkim İranda edam olunacaq

 09:57 07.12.2022     241

İranda azərbaycanlı ər və arvada ağır cəza verilib.

Redaktor.az xəbər verir ki, noyabrın 4-də həbs edilən həkim Həmid Qarahəsənli etiraz aksiyalarında SEPAH-a bağlı olan Bəsic qüvvələrinin üzvünün öldürülməsi ittiham ilə edam cəzasına məhkum edilib.

Onun həyat yoldaşı kardioloq Fərzanə Qarahəsənliyə isə 25 il həbs cəzası verilib.

Bundan öncə azərbaycanlı cütlüyə işgəncə edilib və yaralı vəziyyətdə kamera qarşısına çıxarılaraq onlardan məcburi etiraflar alınıb.

İran Məhkəmə Sisteminin sözçüsü Məsud Sitayeşi dekabrın 6-da mediaya açıqlamasında Bəsic üzvü Ruhullah Əcəmiyanın ölüm hadisəsinə görə, 5 nəfərin edam cəzasına, 11 nəfərin isə uzun müddətli həbs cəzasına məhkum edildiklərini bildirib.

Qeyd edək ki, azərbaycanlı cütlük sentyabrın 23-də Kərəcdə keçirilən aksiyalar zamanı hökumət qüvvələri tərəfindən güllələnərək öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasiminə qatıldıqlarına görə tutulub, sonra onlara qarşı ağır ittihamlar irəli sürülüb (Günaz.TV).