Təhsilin İnkişafı Fondunun Türkiyə ilə əməkdaşlığı genişləndirilir

 10:13 07.12.2022     296

Elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Ankara səfəri çərçivəsində Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasın (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu,TUBİTAK) prezidenti professor Hasan Mandal ilə görüşüb.

Bu barədə Redaktor.az-a Elm və Təhsil Nazirliyi tabeliyində Təhsilin İnkişafı Fondu Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, dekabrın 6-da TUBİTAK-ın baş ofisində keçirilən görüşdə əməkdaşlıq perspektivləri müzakirə edilib, elm və təhsilin inteqrasiyası, akademik mobillik proqramlarının həyata keçirilməsi, universitet-sənayə iş birliyinin inkişafı və digər istiqamətlər üzrə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb, birgə fəaliyyət planının hazırlanmasına qərar verilib.

Elnur Nəsibov Türkiyənin Milli Təhsil Fondunun İdarə Heyətinin sədri Mehmet Temel, eyni qurumun baş direktoru Funda Kahraman ilə də görüşüb. Görüşdə hər iki fond arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

 

 

222