Azərbaycanlı jurnalistdən sülhməramlılara layiqli cavab - VİDEO

 12:54 07.12.2022     528

Azərbaycanın Qarabağ ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanı İTV-nin jurnalistinə mane olmaq istəyib.

Redaktor.az xəbər verir ki, bu barədə İTV-nin bölgəyə ezam olunmuş jurnalisti bildirib.

O bildirib ki, Rusiya sülhməramlı kontingentinin komandanı Andrey Volkov Azərbaycan ərazilərinə keçməyə icazə verməyib. Jurnalist sülhməramlılara, “bura sizin ərazi deyil” sözləri ilə cavab verib.

İTV əməkdaşı qeyd edib ki, Rusiya sülhməramlıları hazırda faktiki olaraq öz mandatlarına aid olmayan işlə məşğul olurlar.

Vumart və Güvən reklamı Vumart Güvən