"Birləşən xalq bu zalım rejimə qalib gələcək" - Məşhur fotoqraf İrandakı vəziyyətdən yazdı

 14:10 07.12.2022     224

"Bu gün İranda milli tətil aksiyalarının 2-ci günüdür, xalqın bir istəyi var: terror rejiminin sonu. Xalqın qarşısında - İran xalqı aclıqdan ölərkən pul əldə etmək və cinayətlərinə bəraət qazandırmaq üçün ideologiyadan və dindən istifadə edən terrorçu liderləri, mafioz qrupları, girov götürənləri və narkotik alverçilərini müdafiə etmək üçün silahlanmış, beyinləri yuyulmuş insanlardan ibarət milis dayanır".

Redaktor.az xəbər verir ki, bunu əslən Güney Azərbaycandan olan dünya şöhrətli fotoqraf Reza Deqati instaqramda yazıb.

"Onlar bir kult kimi fəaliyyət göstərirlər, o kult ki, 1979-cu ildə "New York Times" tərəfindən "Qandiyə bənzər fiqur" kimi göstərilən bu adamla başladı və eyni media orqanı bir neçə gün əvvəl saxta xəbərlə rejimin təbliğat ortağına çevrilərək yenidən eyni səhvə yol verdi. Birləşən xalq bu zalım rejimə qalib gələcək", - deyə paylaşımda qeyd olunub.

Turan İSMAYIL

2