Ağsuda Birinci Qarabağ müharibəsi şəhidinin doğum günü qeyd olundu - FOTO

 14:44 07.12.2022     323

Ağsu rayonunda Birinci Qarabağ müharibəsi şəhidi Umbayev Soltan Məcid oğlunun doğum günü qeyd olunub.

Redaktor.az xəbər verir ki, tədbirdə YAP Ağsu rayon təşkilatının, Ağsu rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri, partiya fəalları, şəhidin yaxınları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları şəhid Umbayev Soltan Məcid oğlunun Ağsu rayon  Şəhidlər Xiyabanında yerləşən məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, ruhuna dualar oxudular. Daha sonra çıxış edənlər şəhid Soltan Umbayevin keçdiyi şərəfli döyüş və ömür yolundan bəhs ediblər.

Sonda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Umbayev Soltan Məcid oğlu 1970-ci ildə Ağsu şəhərində anadan olub. Orta təhsilini 2 saylı orta məktəbdə almışdır .1992-ci ildə könüllü olaraq cəbhə bölgəsinə gedib. Bir sıra döyüşlərdə iştirak edib . 1992-ci ildə Gədəbəy rayonu ərazisində “Hörükdaş”əməliyyatı zamanı şəhid olub.

Tunar Altunbay

22222