Eldəniz Vəliyevə dost TƏBRİKİ

 14:59 07.12.2022     389

Bu gün tanınmış jurnalist, “Azəriqaz” İstehsalat Birliyinin  İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin doğum gündür.

Uzun illər aparıcılıq etmiş Eldəniz Vəliyev mavi ekran vasitəsilə hamımızın doğmasına çevrilmiş adamdır.

Sözün düzü, bu gün efirdə Eldənizin yeri aşkar hiss olunur.

Redaktor.az saytının kollektivi üçün Eldəniz ikiqat doğma biridir. Bu sayt ilk dəfə onun baş redaktorluğu ilə fəaliyyətə başlayıb. Onun qoyduğu möhkəm bünövrə Redaktor.az-ın ciddi bir sayt kimi təşəkkül tapmasında, az müddətdə tanınmasında özünü aşkar biruzə verib.

Bu gün ölkəmizdə minə yaxın xəbər saytı fəaliyyət göstərir. Bunların arasında Redaktor.az öz dəsti xətti ilə seçilir. 

Eldəniz Vəliyev “Azəriqaz” İstehsalat Birliyinin  İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışır. Mən deyərdim ki, həmkarları arasında jurnalistlərlə ən çox təmasda olan da Eldənizdir. Bunu “Azəriqaz”dan gün ərzində bir neçə dəfə aldığımız xəbərlər, hər həftə eyni gündə sözügedən birliyin rəhbərliyinin jurnalistlərlə “Açıq qapı”da görüşməsi, sutkanın istənilən vaxtında jurnalistin ona zəng edib nəsə soruşmaq imkanı - bunlar Eldənizin işinə olan məsuliyyətinin, jurnalist həmkarlarına olan hörmətin təzühürüdür.  

Redaktor.az ailəsinin əziz üzvü, bütün jurnalistlərin özünə doğma hesab etdiyi Eldəniz Vəliyevi doğum günü münasibətiə təbrik edir, ona cansağlığı və işlərində müvəfəqiyyətlər arzulayırıq!

Eşidirsiz, Eldəniz müəllim, Siz bu dünyaya xoş gəlmisiz!

Redaktor.az kollektivi