"Azərbaycan insanı ədalət istəyir" - Deputat

 19:03 07.12.2022     457

"Ölkə başçısının 2017, 2019-cu illərdə hüquqi sistemində təkmiləşdirmələrə dair fərmanları dövlətin ədalətin təmin olunmasında siyasi iradəsini göstərdi. Bəs cəmiyyət və hüquq sisteminin dəyişiklikləri nə dərəcədə təmin edə bilir? Çünki bəzən xalqın hazır olmadığı, ictimai ənənələrin kifayət etmədiyini iddia edən xeyli stereotiplər var. Nə üçün vətəndaşlar prezidentə müraciət edir? Bir ildə ölkə rəhbərinə gələn məktubların sayı, problemlərin xarkteri, təsnifatı haqda obyektiv təhlillər apararaq gerçək mənzərəni görmək olur".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc bildirib.

"Əfv Komissiyasının iclaslarında çoxlu işlərə baxarkən - yeri gəlmişkən son dərəcə azad fikirli və hər bir komissiya üzvünün rəyinə, hər bir məhkum edilmiş şəxsin işinə diqqətlə yanaşıldığı bir platformada bəzən məndə belə olurdu ki, əvfə təqdim olunan şəxslər aşağı sosial təbəqənin təmsilçiləridir. Belə nəticə çıxırmı ki, imkanlı şəxslər daha az cinayət törədir, yaxud, onlar qanunsuzluq etdikdə, məsuliyyətdən yayına bilirlər. Bir sözlə, Azərbaycanda hüquq orqanlarının təsir gücü böyükdür" - deyən deputatın sözlərinə görə, Vətən müharibəsində Qələbə ədalətli hüquq sisteminə tələbi artırıb:

"Böyük qayıdış 1-ci dövlət proqramı tarixi qərardır və azad torpaqlarda ədalətli hüquq sisteminin qurulması millətimizin ən böyük arzusudur. Vətən müharibəsindən sonra xüsusi nümayənədlik institutu yaradılıb. Lakin bütün qurumları yeniləri əvəz edə bilmərik. Deməli, iş prinsiplərimizi dəyişməliiyk. Azərbaycan insanı ədalət istəyir, çünki insanlar dövlətə güvəndikləri zaman qanunlara daha çox əməl edirlər. Bu aksiomadır. Biz ədalətli dövlət və hüquqi cəmiyyət qurduqca Azərbaycanın uğurları millətimizi cazibə mərkəzində saxlayacaq. Baxın, dünya azərbaycanlıları, fərq etməz onlar cənubda yaşayırlar, yoxsa şimalda Qələbəmizi özlərininki sayırlar. Deməli, tərəfdarlımız artır və biizmlə eyni coğrafi, siyasi, hüquqi məkanda yaşamaq istəyənlərin sayı çoxalır. Ona görə də hüquq və ədalətin keşiyində duranlarla səngərdə Vətəni qoruyanlarla eyni müqəddəs işi görürlər".

Turan İSMAYIL