Deputat Ukrayna müharibəsinə qoşulan azərbaycanlılarla bağlı məsələ qaldırdı

 19:15 07.12.2022     555

"Ukrayna müharibəsinə qoşulanlara münasibətdə hüquqi tədbirlər aydınlaşdırılmalıdır".

Redaktor.az xəbər verir ki, bu təkliflə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc çıxış edib.

"Əfv Komissiyasında məsələyə toxunmuşduq. Xarici ölkələrdə silahlı hərbi birləşmələrin tərkibində iştirak muzdlu fəaliyyət olaraq, terror əməli kimi tövsif edilirsə, biz nizami orduya və dövlətin təşkil etdiyi legioner birşləşmələrə cəlb olunan adamların ölümünə göz yummamalıyıq. Fərqi yoxdur, səngərin hansı tərəfindədir, həqiqətdə qardaş-qardaşla döyüşür. Ukrayna müharibəsində həyatını itirənlərin sayı 9-a çatır" -  deyən deputatın fikrincə, sıralarımızdan gedən insanlarla bağlı yeni qanunvercilik təşəbbüsünə ehtiyac var.

Turan İSMAYIL