Mətbuat Şurası “Yenilənmiş qeydiyyat” prosesini tamamladı

 13:03 08.12.2022     271

Azərbaycan Mətbuat Şurasın (MŞ) Avropa Müstəqil Mətbuat Şuraları Alyansında (AİPCE) “Yenilənmiş qeydiyyat” prosesini tamamlayıb.

Bu barədə Redaktor.az-a qurumdan məlumat verilib.

Prosesin  tamamlanmasından sonra  MŞ-nin loqosu və saytının linki Avropa Müstəqil Mətbuat Şuraları Alyansının  (AİPCE) saytında "Tam hüquqlu üzvlər" kateqoriyasında yerləşdirilib: https://presscouncils.eu/#:~:text=The%20Alliance%20of%20Independent%20Press,European%20Councils%20are%20associate%20members  

Mətbuat Şurası İdarə Heyətinin üzvü, təşkilatın Beynəlxalq Əlaqələr Komissiyasının sədri Müşfiq Ələsgərli bildirib ki, mətbuat şuralarının beynəlxalq koordinasiya mərkəzi olaraq iki qurum fəaliyyət göstərir. Bunlardan biri Ümumdünya Mətbuat Şuraları Assosiasiyası (World Association of Press Councils (WAPC), digəri isə Avropa Müstəqil Mətbuat Şuraları Alyansıdır (AİPCE). Azərbaycan Mətbuat Şurası hər iki qurumla sıx əməkdaşlıq edir:

“WAPC və AİPCE yenilənən media trendləri fonunda öz fəaliyyətlərini yenidən qururlar. Bu sırada üzvlüklə bağlı standartlarını da yeniləyirlər. Azərbacan Mətbuat Şurasının fəaliyyəti yeni trendlərə uyğun olduğunudan “yenilənmiş qeydiyyat” prosesini də müvəffəqiyyətlə tamamlayıb”.