Özünü binadan atan 18 yaşlı qız hamilə imiş

 02:15 09.12.2022     610

Dekabrın 5-i gecə saat 23 radələrində Masallı şəhər Heydər Əliyev prospektində yerləşən binadan özünü ataraq intihar edən 18 yaşlı qızla bağlı bəzi məqamlar üzə çıxıb.

Redaktor.az xəbər verir ki, ilkin araşdırmalar zamanı Masallının kəndlərindən birinin sakini olan 2004-cü il təvəllüdlü Rüqayə Hüseynovanın intihar edərkən 5 aylıq hamilə olması məlum olub.

Evli olmayan xanımın qeyri-rəsmi münasibətdə olduğu şəxsdən hamilə qaldığı bildirilib.

Faktla bağlı Masallı Rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.