İlham Əliyev generalı TƏLTİF ETDİ

 18:06 08.12.2022     1084

Oruc İbrahim oğlu Zalov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

O, Azərbaycanın daxili işlər orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, Oruc Zalov daxili işlər nazirinin müavini, polis general-leytenantıdır. Bu gün onun 70 yaşı tamam olub.