Azərbaycanda təbii qazın verilişi ilə bağlı heç bir problem yoxdur - "Azəriqaz"

 11:28 09.12.2022     220

"Havalar yetərincə artıq soyuq keçir. Və bu dönəmdə də daxil olan müraciətlərə istinad edib deyirik ki, təbii qazın verilişi ilə bağlı respublika ərazisində hər hansı bir problemimiz yoxdur. İstehlakçılarımız təbii qazın təlabatına uyğun təmin olunurlar".

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İistehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev media və QHT nümayənləri üçün təşkil olunan “Açıq qapı” aksiyası zamanı bildirdi.

Onun sözlərinə görə, tələbat artdıqca təbii qazın verilişi də artır. 

"Qeyd edim ki, SOCAR "Azəriqaz" İB-ə cari ilin 11 ayı ərzində müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 7800 müraciət daxil olub. Bunlardan da 5805 opendeks proqramı vasitəsilə, 1995 müraciət elektron formada daxil olub. Daxil olan müraciətlərə nəzər salsaq, ötən ilin 11 ayı ilə müqayisədə 1453 müraciət azlıq təşkil edir",- deyə qurum rəsmisi qeyd etdi.

Həmidə İbrahimova