Baş nazir qiymət artımından danışdı

“Növbəti ilin dövlət büdcəsində şəhid ailələrinin, qazilərin sosial təminatının gücləndirilməsi üzrə islahatlar davam etdiriləcək, inflyasiyanın təsirləri nəzərə alınacaq”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.
Onun sözlərinə görə, dövlət büdcəsinin cari xərclərinin 67%-i sosialyönümlüdür:
“Bütün bunlar Prezidentin qiymət artımının yaratdığı narahatlıqlara həssas yanaşdığını göstərir”.