"Bakının mərkəzində yeni rayon yaradılacaq" - Baş memar açıqladı

 15:06 09.12.2022     350

"Bakının mərkəzində yeni rayonun yaradılması məsələsi ilə bağlı müvafiq tapşırıqlar verilsə də, bununla bağlı irəliləyiş yoxdur".

Redaktor.az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə deyib.

O, məsələnin həll olunmasını istəyir: "Bilirəm ki, Prezident İlham Əliyevin buna münasibəti müsbətdir. Müvafiq tapşırıqlar da verilib. Bilirsiniz ki, əvvəl pandemiya, sonra da müharibə oldu. Başa düşürəm ki, ölkənin əsas qüvvəsi azad olunan ərazilərin bərpasına yönəldilib. İnanıram ki, gec-tez Bakının mərkəzində yeni rayonun yaradılması məsələsinə qayıdılacaq və həllini tapacaq" (report.az).