İcra başçıları çox maaş alır, yoxsa məktəb direktorları?

Tanınmış təhsil eksperti Kamran Əsədov saytımıza açıqlamasında məktəb direktorlarının əmək haqqlarının artırılmasından danışan zaman, onların əmək haqqlarının icra başçılarının maaşından çox olduğunu bildirmişdi.
Təhsil ekspertinin sözlərinə görə, yeni qaydalara əsasən əgər şagird sayı 2000-dən çoxdursa, məktəbin direktoru aylıq 2500 manatdan çox əmək haqqı alacaq.
Redaktor.az icra başçılarının nə qədər əmək haqqı aldığını araşdırıb.
Araşdırmamıza əsasən, yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları Bakı şəhəri üzrə 2310 manat, Gəncə və Sumqayıt şəhərləri üzrə 1536 manat təşkil edir.
Qeyd edək ki, şəhər, rayon və şəhər rayonu üzrə əhalisinin sayı 100 min nəfərdən çox olduqda isə 1254 manat, əhalisinin sayı 50-100 min nəfər olduqda 1188 manat, əhalisinin sayı 50 min nəfərədək olduqda 1 056 manat əmək haqqı alırlar.
Həmidə İbrahimova