Ağsuda Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi - FOTO

 15:41 09.12.2022     134

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının təşkilatçılığı ilə Ağsu rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Tədbirdə Ağsu rayon təşkilatının fəalları və gəncləri iştirak ediblər.

Redaktor.az xəbər verir ki, öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, onun əziz xatirəsini hörmətlə yad ediblər.

Daha sonra tədbir Ağsu rayon Heydər Əliyev Mərkəzində davam etdirilib.

Öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra tədbir iştirakçıları Mərkəzdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən foto sərgi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə açan Ağsu rayon Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Tacızadə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyət barədə tədbir iştirakçılarını məlumatlandırdı.

Daha sonra Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının sədr müavini Altun Şeydayev çıxış edərək, dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin bütün ömrünü doğma vətənimizin iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyinə, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr etdiyini söyləyib. Qeyd edib ki, Azərbaycan xalqının qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna daim minnətdardır.

Sonda tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində ulu öndərin büstü önündə xatirə şəkli çəkdirdilər.

Tunar

222222