Molla rejimi Aylar Həqqinin anım mərasiminin keçirilməsinə icazə vermədi

 17:29 09.12.2022     211

Güney Azərbaycanın Məlikkənd şəhərində keçirilən etiraz aksiyaları zamanı Tehran hakimiyyətinin hərbi-polis qüvvələri tərəfindən öldürülən Aylar Həqqinin anım mərasiminin keçirilməsinə icazə verilməyib.

Redaktor.az xəbər verir ki, məlumatı "GünAzTV" yayıb.

Məlumata görə, İranın Şərqi Azərbaycan əyalətinin Məlikkənd şəhərində noyabrın 16-da hökumət qüvvələri tərəfindən öldürülən Təbriz Tibb Elmləri Universitetinin tələbəsi Aylar Həqqinin anım mərasiminin keçirilməsinə icazə verilməməklə yanaşı, dövlət məmurları tədbirlə bağlı yayılan bütün afişa və elanları yığışdırıb.

Güney Azərbaycanın Təbriz şəhərindəki Tibb Elmləri Universitetinin tələbələri İran hakimiyyətinin Aylar Həqqini qətlə yetirməsinə etiraz olaraq aksiya keçiriblər.

Qeyd edək ki, ali təhsil müəssisəsinin 4-cü kurs tələbəsi, 23 yaşlı Aylar Həqqi noyabrın 12-da Təbrizdə İranın hərbi-polisi tərəfindən qətlə yetirilib.

Rejim qüvvələri onu çoxmərtəbəli binadan atıblar.