Göygöldə içməli suyun verilişi bərpa olundu

 17:27 10.12.2022     385

Göygöl şəhərində içməli suyun verilməsində yaranan problemlər aradan qaldırılıb.

Redaktor.az xəbər verir ki, artıq Göygöl şəhərinin içməli su ilə təmin edən əsas boru kəməri təmir olunub və suyun verilişi bərpa edilib.

Xatırladaq ki, şəhərə gələn su xəttinin Toğanalı kəndi ərazisindən keçən diametri 450 mm olan plastik magistral hissəsində fəsad yaranmışdı. Bu səbəbdən bir neçə gün şəhərin içməli suyun verilməsində problemlər olmuşdu.

Vumart və Güvən reklamı Vumart Güvən