ADU-nun kollektivi Biləsuvarda görüş keçirdi - FOTO

 10:57 12.12.2022     115

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla və universitetin bir qrup əməkdaşı Biləsuvarda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Təhsil Kompleksinin kollektivi və şagirdləri ilə görüşüb. 

Redaktor.az xəbər verir ki, görüş iki təhsil müəssisəsi arasında imzalanan qarşılıqlı əməkdaşlıq memorandumu çərçivəsində baş tutub.

Qonaqlar şagirdlər tərəfindən hazırlanan maraqlı rəqs sintezi ilə qarşlandıqdan sonra liseyin şagirdləri İbişova Zəhra və Eyvazlı Əmirəlinin ingiliscə təqdimatında Kompleksdə fəaliyyət göstərən STEAM mərkəzi ilə tanış olublar.

Daha sonra Kompleksin 10 və 11-ci sinif şagirdlərinin Azərbaycan dili kafedrasının rəhbəri Rövşən Adıyevin rəhbərliyi ilə hazırladığı “110 kitab” layihəsinin təqdimatı qonaqlar tərəfindən maraqla qarşılanıb.

Daha sonra Kompleksin pedaqoji heyəti ilə görüş baş tutub.

Görüşdə Kompleksin icraçı direktoru Aqşin Bağırov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla və qonaqlar çıxış ediblər.

 

22222