"Rayon icra hakimiyyətləri qanunsuz tikintilərin qarşısını almalıdır" - Anar Quliyev

 13:47 12.12.2022     318

Azərbaycanda rayon icra hakimiyyətləri Fövqəladə Hallar Nazirliyinə müraciət etməklə qanunsuz tikintilərin qarşısını almalıdır.

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

"Əgər hər hansı tikinti işini qanunauyğun davam etdirmək mümkün deyilsə, o sökülməlidir", - deyə sədr qeyd edib.

"Bakının mərkəzində aparılan tikinti işlərində əsrlərlə formalaşmış tarixilik qorunmalı, işlər mühitə uyğun həyata keçirilməlidir. Şəhərin digər hissələrində isə işlər torpaq üzərində hüquqdan başlamalı, düzgün layihələndirilməlidir", - A.Quliyev əlavə edib.