Sülhməramlılar fəalları hərbi postun ərazisindən çıxarmaq istəyir - QHT-lər imtina edirlər
Rusiya sülhməramlı qüvvələrinin yüksək rütbəli nümayəndəsi azərbaycanlı fəallardan sülhməramlı kontingentin postunun ərazisini tərk etməyi tələb etsə də, fəallar kontingent komandanının əraziyə gəlməsini istəyirlər.
"Üçtərəfli bəyanata əsasən sizdən ərazini tərk etməyinizi xahiş edirəm", - hərbi geyiminə əsasən polkovnik olduğu güman edilən, lakin soyadı yazılan nişanı çıxarmış rusiyalı hərbçi deyib.
Redaktor.az xəbər verir ki, sülhməramlılarla aksiya iştirakçıları arasında xırda qarşıdurma da yaşanıb.
Azərbacyan Xüsusi Təyinatlıları da əraziyə gəlib.












