Etirazçıların Laçın yolunda qurduğu çadırlara işıq çəkilir - FOTO
Azərbaycanlı ictimai fəalların bu gün səhər saat 10:00-dan Xankəndi-Gorus yolunun Şuşadan keçən hissəsində başladığı etiraz aksiyası davam edir.
Redaktor.az xəbər verir ki, aksiya iştirakçıları arasında olan jurnalist Niyaz Niftiyevun sözlərinə görə, 5 saatdır Xankəndi-Gorus yolunda hərəkət dayanıb və etirazçılar Rusiya hərbi kontingentinin komandanı, general Volkovla görüş tələb etsələr də, o, hələ ki hadisə yerinə gəlməyib.
“Hava artıq qaralır. Yoldan hər hansı erməni avtomobilinin keçidinə icazə vermirik. Hazırda yolda qurduğumuz çadırlara işıq çəkilir. Yəqin bu gecə burdayıq”.
Tunar Altunbay















