5 rayonun işığı KƏSİLDİ

 18:24 12.12.2022     515

Azərbaycanın 5 rayonunda bir sıra kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.

Bu barədə Redaktor.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, qarlı və qeyri-sabit hava şəraiti səbəbindən Yardımlı, Qax, Şamaxı, Daşkəsən və Sabirabad rayonlarının bəzi kəndlərinə elektrik enerjisinin verilişində fasilə yaranıb.

“Azərişıq” ASC-nin əməkdaşları dərhal həmin ərazilərə cəlb edilib, abonentlərin elektrik enerjisi ilə təchiz olunmaları üçün ASC-nin bütün imkanları səfərbər olunub. Kəskin hava şəraiti işin intensiv aparılmasına mane olsa da, lakin 6500-ə yaxın abonentin elektrik enerjisi verilişinin bərpası istiqamətində ciddi işlər görülür.

Vumart və Güvən reklamı Vumart Güvən