Şuşa-Xankəndi yolunda etirazların ikinci günü - CANLI YAYIM

 09:21 13.12.2022     323

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir.

Redaktor.az xəbər verir ki, 24 saata yaxın davam edən aksiyada 500-dən çox fəal iştirak edir. 

Etirazçılar Xankəndiyə gedən yolu kəsərək Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.

Aksiya iştirakçıları səhər saatlarında “Qarabağ Azərbaycandır!” şüarını səsləndiriblər.