Türkiyəli jurnalistlər aksiyanı işıqlandırmaq üçün Qarabağdadır

 14:17 13.12.2022     419

Şuşa ərazisində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvlərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirdikləri etiraz aksiyası davam edir.

Redaktor.az xəbər verir ki, artıq yerli media nümayəndələri ilə yanaşı, qardaş Türkiyədən olan jurnalistlər də aksiyanın keçirildiyi əraziyə gəliblər. 

Bundan başqa, qazilər də aksiya iştirakçılarına qoşulublar. 

Onlar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə sərvətimizin talan olunmasına qarşı şüarlar səsləndirirlər.

 

Vumart və Güvən reklamı Vumart Güvən