Güney Azərbaycanda həbsdə olan qadın beynəlxalq mükafata layiq görüldü

 16:58 13.12.2022     205

Güney Azərbaycanın Zəncan şəhərindən olan İnsan Haqlarının Müdafiəsi Birliyinin sədr müavini Nərgiz Məhəmmədiyə Parisdə "Sərhədsiz Reportyorlar" Təşkilatının 2022-ci il üzrə “Cəsarət Mükafatı” verilib.

Redaktor.az xəbər verir ki, məlumatı GünAzTV yayıb.

Bildirilib ki, mükafat Nərgiz Məhəmmədinin qızına təqdim edilib. O, anasının mükafatlandırma mərasiminə göndərdiyi ismarışı oxuyub: “Bu ismarışı 60-dan çox qadın siyasi məhbusun əhatəsindən yazıram. Ölkəmdə xalq üsyanı baş verir. Hakimiyyətin repressiyası davam edir” .

Tehranda Evin adlı həbsxanada saxlanılan azərbaycanlı siyasi məhbus Nərgiz Məhəmmədi bu həftə BBC tərəfindən dünyanın yüz nüfuzlu və ilhamverici qadınlarından biri seçilib.

Xatırladaq ki, Nərgiz Məhəmmədi 2021-ci ilin noyabr ayında Tehranda həbs edilib. Əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan Nərgiz Məhəmmədi bundan əvvəl insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı dinc fəaliyyətlərinə görə dəfələrlə həbsə alınıb, rejim məmurları tərəfindən mütəmadi olaraq təhdid edilərək təzyiqlərə məruz qalıb.

Nərgiz Məhəmmədi 2003-cü ildə Nbel Sülh mkafatına layiq görülüb, Güney Azərbaycan türkü Şirin İbadinin yaxın silahdaşı sayılır.

Qeyd edək ki, mükafata Nərgiz Məhəmmədi ilə yanaşı, Ukraynadan olan jurnalistlər Mstislva Çernov və Yevgeni Maloletka, Məkareş vətəndaşı Ömər Radi də layiq görülüb.