"Azəriqaz" Siyəzəndə “Açıq mikrofon” quracaq

 18:00 13.12.2022     378

“Azəriqaz” İB ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

İB-dən Redaktor.az-a bildirilib ki, “Azəriqaz”ın KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Siyəzən rayonunda görüşü təşkil olunacaq.

Aksiya Siyəzən şəhəri, Heydər Əliyev prospekti, Mərkəzi Kitabxananın qarşısında baş tutacaq. Səyyar qəbul otağı dekabrın 15-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

“Açıq mikrofon” Siyəzəndə qurulacaq

 

Vumart və Güvən reklamı Vumart Güvən