Azərbaycanda qeydə alınan ölümlərin sayı açıqlandı

 16:26 14.12.2022     176

Bu ilin 10 ayı ərzində ölkədə 50457 ölüm halı qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,4-dən 6,0-a düşüb.