Laçın yolunda aksiyaçılar üçün monitorlar quraşdırıldı - VİDEO

 22:49 14.12.2022     657

Şuşa-Xankəndi yolunda aksiya iştirakçıları üçün monitorlar yerləşdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, aksiya iştirakçıları futbol üzrə Qətərdə keçirilən Dünya Çempionatına rahat baxsın deyə İTV həmin məkanda oyunu yayımlamaq üçün monitor quraşdırıb.

Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatında bu gün yarımfinal mərhələsinin digər oyunu keçiriləcək. Mundialın son qalibi Fransa millisi turnirin sürpriz komandası olan Mərakeşlə qarşılaşacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Vumart və Güvən reklamı Vumart Güvən