“Mədənlərdə 3 min azərbaycanlı dəfn edilib” - Rusların ekoloqlara qadağasının şok səbəbi

"Rusiya sülhməramlı missiyasının artıq nə qədər çirkin məqsədə xidmətə etdiyi aydın görünməkdədir. Əslində onlar orda balans yaratmalı və sülhün bərqərar olmasını təmin etməli idilər. Amma olmadı. Açıq-aydın ermənilərə dəstək verirlər".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa "bakupost"a müsahibəsində bildirib.
Millət vəkili deyib ki, Azərbaycanlı ekoloqların həmin ərazilərə buraxılmamasının çox ciddi bir səbəbi var.
"Əslində həmin ərazilərdəki mədənlərdə kütləvi məzarlıqların olduğu ehtimalı var. Ermənilərin orda 3 mindən artıq azərbaycanlını qətlə yetirərək dəfn etdiyi ilə bağlı versiyalar mövcuddur. Çünki itkin düşən həmin 3 min insanın taleyi ilə bağlı hələ də məlumat əldə edə bilməmişik. Bu baxımından da bu proseslər davam edəcək. Azərbaycan ictimaiyyəti ekoloqların QHT-nın dinc aksiyalarını dəstəkləyir və ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycan öz ərazisində tam suverenliyini bərpa edəcək", - deyə Fazil Mustafa bildirib.