Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı qərar verdi

 17:28 15.12.2022     312

Bakı Apellyasiya Məhkəməsində Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından verilmiş şikayətə baxılıb.

Redaktor.az xəbər verir ki, hakim Zəki Babayevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Bakı Apellyasiya Məhkəməsi şikayəti rədd edib.

Qeyd edək ki, Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 289 (məhkəməyə hörmətsizlik etmə) maddələri cinayət işi başlanıb.

Məhkəmə qərarı ilə B.Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib (apa).