"Azəriqaz"a şikayətlərin sayı azalıb

"2022-ci ilin 11 ayı ərzində Çağrı mərkəzinə 932 min 921 məlumat daxil olub. Bu keçən ilin müvafiq dövrü ilə müqayisədə 102 min 215 az müraciət deməkdir".
Redaktor.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyində keçirilən "Açıq qapı" aksiyasında birliyin "104" Operativ xidmət şöbəsinin rəisi Xalidə Şimşək deyib.
Onun sözlərinə görə, qaz təzyiqi ilə bağlı 56 min 28 şikayət daxil olub:
"Bu da keçən ilə nisbətən 72 min 948 az müraciətdir. 46 min 17 şikayət isə qazın olmaması ilə bağlı daxil olub ki, bu da keçən illə müqayisədə 21 min 186 məlumat azdır. Qaz sızmaları ilə bağlı 53 min 176 müraciət daxil olub. Bu da keçən illə müqayisədə 5143 az məlumat deməkdir. Məlumatların sayının az olması təbii ki, görülən yenidənqurma, quruculuq işləri ilə, digər tərəfdən sosial şəbəkədə maarifləndirmə işinin aparılması ilə bağlıdır".
Həmidə İbrahimova