Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

 16:33 16.12.2022     482

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 81 yeni yoluxma faktı qeydə alınıb, 54 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.