Naxçıvana uçan təyyarə yarıyoldan qayıtdı

 09:34 17.12.2022     441

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən "Azərbaycan Hava Yolları"nın J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə Redaktor.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin məlumat verilib.

Bildirilib ki, təyyarə saat 09:18-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Hava şəraiti yaxşılaşdıqdan sonra sözügedən reysin sərnişinləri Naxçıvana yola düşəcəklər.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən