Bu gün 4 ölkə arasında saziş imzalanacaq

 10:58 17.12.2022     529

Bu gün “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanacaq.

Redaktor.az xəbər verir ki, imzalanma mərasimi Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın Prezidenti Klaus Yohannisin dəvəti ilə Buxarestə işgüzar səfərə gedib.

Vumart və Güvən reklamı Vumart Güvən